Azərbaycan Gürcüstana benzin tədarükündə ikincidir
2014-cü ilin 8 ayında Gürcüstan 566 min ton neft məhsulları idxal edib. Bu, ötən ilin eyni dövründəkindən 10,5% çoxdur. Bu barədə Gürcüstan neft məhsulları idxalçıları birliyi məlumat yayıb.
Məlumata əsasən, yanvar-avqustda Gürcüstan 240 min ton benzin və 326 min ton dizel yanacağı idxal edib.
Bu il Rumıniyadan daha çox benzin və dizel yanacağı idxal edilib - 192,8 min ton. Bu, ümumi həcmin 34,1%-dir. Ardınca Azərbaycan - 145,7 min ton (25,7%), Bolqarıstan - 87,8 min ton (15,5%), Yunanıstan - 70,8 min ton (12,5%), Rusiya - 42,2 min ton (7,5%) və Türkmənistan gəlir - 25 min ton (4,4%).
ARDNŞ-nin məluimatına görə, şirkət 8 ayda 629,6 min ton dizel yanacağı və 745 ton avtomobil benzini tədarük edib. Avtomobil benzini yalnız Gürcüstan bazarına ixrac edilir. Bu məlumatlardan çıxış etsək, ARDNŞ yanvar-avqustda Gürcüstan bazarında 145 min ton dizel yanacağı və 0,7 min ton avtomobil benzini satıb. Bundan başqa, ARDNŞ bu il xarici bazarlarda 484,6 min ton dizel yanacağı satıb. --12D--
-
- Cəmiyyət
- 2 Oktyabr 2014 12:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz