Azərbaycan ilk dəfə sement klinkeri ixrac edib
Bu ilin I yarısında Azərbaycan müstəqillik qazanandan ilk dəfə 12 min 618,5 ton sement klinkeri ixrac edib. Mal Gürcüstana satılıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Tədarük II rübdə olub, 1 ton klinker $44-a satılıb.
Maraqlıdır ki, bu ilin I yarısında Azərbaycan İrandan tonu $18,46-a 146,8 min ton sement klinkeri alıb. 2014-cü ilin I yarısında sement klinkeri 45,4$/t-a alınıb. Bu ilin iyulunda «Akkord korporasiyası» bildirib ki, törəmə şirkəti (Qazax sement zavodu) məhsul ixrac etməyə başlayıb. Müqaviləyə əsasən, 2015-ci ildə 75 min ton sement ixrac ediləcək.
Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyununda Azərbaycan klinkerdən başqa 185,6 min ton hazır sement idxal edib. Bu, ötən ilin eyni dövründəkindən (435 351 ton) 57,4% azdır. Bu il sement Rusiya (124,1 min ton), İran (58 min ton) və Türkiyəyə (2300 ton) satılıb. 08B
-
- İqtisadiyyat
- 9 Sentyabr 2015 04:58
-
- İqtisadiyyat
- 9 Sentyabr 2015 05:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz