ABŞ Azərbaycandan neft məhsulları idxalını xeyli artırıb
2015-ci ilin I yarısında ABŞ Azərbaycandan 575 min barrel neft məhsulları alıb. Bu, ötən ilin eyni dövründəkindən 6,8 dəfə çoxdur. Bu barədə ABŞ Dövlət Energetika İnformasiyası İdarəsinin (EIA) saytı məlumat verir.
Ötən ilin eyni dövründə ABŞ Azərbaycandan 84 min barrel neft məhsulları idxal etmişdi.
2014-cü ildə ABŞ Azərbaycandan 484 min barrel, 2013-cü ildə 366 min barrel neft məhsulları idxal edib.
Uzun fasilədən sonra (2009-cu ildən) 2012-ci ildə ABŞ Azərbaycandan neft məhsulları idxalını bərpa edib. 2008-ci ildə ABŞ-a Azərbaycandan 308 min barrel neft məhsulları idxal edilib.
Amma EIA-nın informasiyasında ABŞ-ın Azərbaycandan hansı neft məhsulları idxal etdiyi açıqlanmır.
Azərbaycan dünya bazarında avtoyanacaq tədarük etmir. Regional bazara yalnız dizel yanacağı satılır. Dünya bazarında SOCAR-ın rəqabət qabiliyyətli neft məhsulu aviakerosindir. –12В--
-
- İqtisadiyyat
- 9 Sentyabr 2015 04:53
-
- İqtisadiyyat
- 9 Sentyabr 2015 05:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz