Azərbaycan İrana qara metalların ixracını bərpa edib
Bu ilin üçüncü rübündə “Baku Steel Company” MMC (BSC) İrana 12 467 ton polad yarımfabrikatı ixrac edib.
Azərbaycan gömrüyünün bu ilin 9 ayının statistikasına əsasən, mal dünya qiymətlərinə yaxın – bir tonuna görə $470 satılıb. Bizim ölkənin ərazisində BSC malı $231 baha – 590 manata, yaxud $720 təklif edir. Şirkət ixrac fəaliyyəti ilə bağlı məlumat təqdim etmir, yalnız o qeyd olunur ki, bu ilin noyabr ayında buraxılış qiymətlərinin azalması “məhsulun Rusiya, Gürcüstana və Türkmənistana ixracı üçün imkan açır”.
İran BSC-nin əsas ticarət tərəfdaşıdır. 2013-cü ildə bu ölkənin şirkətləri bir tonu 488,9$ 86,6 min ton Azərbaycan poladı alıblar. Keçən il ixrac 19,8 min ton çox olub. Doğrudur, 2012-ci ildə poladın bir tonu İrana $526,9, yaxud 7,7% baha ixrac edilib.
Bu ilin üç rübü ərzində Azərbaycanda polad tökmə istehsalının həcmi 78% artaraq 245 min ton təşkil edib. Bu zaman yalnız BSC-nin illik istehsal gücü 1,1 mln ton təşkil edir. Şirkət öz istehsalı barədə məlumat vermir.
Qeyd edək ki, Azərbaycanda istehsal olunan polad məhsulunun sortimenti barədə tam statistika yoxdur. “Baku Steel Company” MMC bəyan edir ki, o, dəmir təbəqələrindən başqa bazarda tələb olunan polad tikinti armaturlarının bütün növlərini istehsal edir. Bu ilin doqquz ayı ərzində polad və dəmir məhsullarının Azərbaycana idxalı təxminən 380 min ton təşkil edib. 08B
-
- Söz istəyirəm
- 3 Dekabr 2014 15:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz