Azərbaycanla Rusiya arasında xarici ticarət dövriyyəsi ilin sonuna kimi $3,1 mlrd-a çatacaq, - deyə bugünkü mətbuat konfransında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Onun sözlərinə görə, bu ilin on ayında idxal-ixrac əməliyyatları ötən ilki göstəriciləri 13,1% keçərək $2 mlrd 315,4 mln-a açtıb. Son 5 ildə Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələri 2 dəfə artıb.
Bu gün Rusiya türkiyə ilə birgə Azərbaycana ixracatda liderdir. Rusiya ixracatının 90%-i yüksək əlavə dəyəli maldır. RF Federal Gömrük Xidmətinin məlumatına görə, 3 rübdə Rusiyadan Azərbaycana $1 mlrd 678,3 mln-luq mal ixrac edilib, $369,3 mln məbləğində mal idxal edilib.
RF-inn ixracatında maşın və avadanlıq, nəqliyyat vasitələri, qara və əlvan metal, metal prokatı, taxta-şalban, kimya məhsulları, elektrik enerjisi, ərzaq üstünlük təşkil edir. Ötən illə müqayisədə ərzaqda $386,9 mln-a qədər (-3,4%) geriləmə olub. Bu, buğda ixracına embarqo ilə bağlıdır. Nətəcədə Azərbaycan buğdanın 90%-i Qazaxıstandan, 9%-i RF-dən alır. Yuri Şedrin vəziyyəti düzəltməyi vəd edib.
3 rübdə Rusiyadan Azərbaycana $267,6 mln-luq metal və metal məmulatı (+4,7%), $569,5 mln-luq maşın, avadanlıq və nəqliyyat vasitələri (+9,1%) daxil olub. RF-dən idxal edilən kənd təsərrüfatı xammalı və ərzağın payı $188,4 mln (+18,3%) artıb.
Rusiya Azərbaycandan planlaşdırılan qazın hamısını almadığı üçün ixrac portfelində mineral məhsulların xüsusi çəkisi 17,1%-ə (-11,8%) düşüb. Sazişdə 3 mlrd m3 nəzərdə tutulsa da, 9 ayda 944,9 mln qaz alınıb.
Azərbaycan iqtisadiyyatına Rusiya kapitallı 500 müəssisə cəlb edilib. Bunun 60%-i müşətərək, qalanı 100% RF kapitallıdır. --17D—
Rəy yaz