Nəqliyyat Nazirliyi səkkiz layihənin icrası üçün vəsait alıb
Nazirlər Kabineti bu günlərdə dövlət investisiya layihələrinin maliyyələşməsi üzrə dövlət büdcəsi vəsaitlərinin bölgüsü üzrə qərar qəbul edib. Beş layihənin maliyyəsinin azaldılamsı hesabına Nəqliyyat Nazirliyi səkkiz layihənin icrası üçün 31,5 mln manat vəsait alıb.
Hökumət mənbələrindən Turan-a məlum olub ki, ilin sonuna iki ay qalmış Nəqliyyat Nazirliyi Bakı - Ələt yolunun 2-4 kilometrinin tikintisi (Bayıl qəsəbəsindən Bayraq Meydanına gedən yol, 4 ədəd piyada keçidi və istinad divarları ilə) üçün əlavə 15 mln manat alıb. Dövlət büdcəsindən bu məqsədlə 25 mln manat ayrılmışdı. Qeyd edək ki, 15 mln-dan 5 mln manat avtomobil yolunun tikintisi ilə əlaqədar tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün ayrılan kompensasiyaların azaldılması hesabına ayrılıb. Beş piyada keçidi və maşın və piyadalar üçün yeraltı keçid qovşağının tikintisi üçün əlavə 7 mln manat ayrılıb. R-8 (5-ci km) - Dilman - Xatman avtomobil yolunun və yolun 1-ci kilometrində Ağsuçay üzərində qəza vəziyyətinə düşmüş körpünün yerində yeni körpünün tikintisi üçün 9,5 mln manat ayrılıb.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi ölkənin ən qeyri-şəffaf dövlət strukturlarındandır. Eyni zamanda, dövlət büdcəsindən investisiyaların 30%-ı ona ayrılır. Nazirlik konkret layihələr üzrə xərclənən vəsaitlərin real həcmini gizlədir. 08B
-
- Siyasət
- 21 Noyabr 2012 15:35
-
- İqtisadiyyat
- 21 Noyabr 2012 15:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz