Azərbaycan şirkətlərinin listinqi üzrə layihə həyata keçirmək planlaşdırılır
Yaxın vaxtlarda Azərbaycanda şirkətlərin qiymətli kağızlarının listinqi üzrə məsləhət proqramı həyata keçiriləcək və bu, QK bazarının inkişafında mühüm rol oynayacaq. Bu barədə martın 5-də Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyətinin rəhbəri Raca Almarzoqi ilə görüşdə bildirib.
QKDK-nın mətbuat üçün açıqlamasında bildirilir ki, Aslanlı qiymətli kağızlar bazarının inkişafı üçün böyük əhəmiyyət kəsb edən Listinq məsləhət proqramının yaxın müddət ərzində fəaliyyətə başlayacağını və formalaşmaqda olan kapital bazarları üzrə ixtisaslaşmış təlim mərkəzi çərçivəsində treninq, təlim və məsləhət xidmətlərinin göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib. R.Aslanlı “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının və Dünya Bankı ilə imzalanmış “Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi” çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq bazarda “yeni imkanların yarandığını” vurğulayıb.
BVF nümayəndə heyətinin rəhbəribildirib ki, onun missiyası komitə ilə məsləhətləşmələrin aparılması və qiymətli kağızlar bazarına dair yeni əməkdaşlıq imkanlarının müəyyən edilməsidir. O, ölkədə qiymətli kağızlar bazarında aparılan islahatlardan məmnunluğnunu bildirib. 08D
-
- İqtisadiyyat
- 6 Mart 2013 12:07
-
- Siyasət
- 6 Mart 2013 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz