Azərbaycana rekord sayda avtomobil gətirilib
2013-cü ildə Azərbaycana 104 385 avtonəqliyyat vasitəsi gətirilib. Bu, ölkə tarixində rekorddur.
2012-ci illə müqayisədə artım 3%.-dir. 2012-ci ildə şirkətlər və ayrı-ayrı şəxslər 89 652 minik avtomobili gətiribsə, ötən il bu göstərici 5,8% artaraq 94 879 ədəd olub.
2011-ci ildə ölkəyə 64 920 (29 718 işlənmiş), 2010-cu ildə 51 816 (2009-cu ildən 18,3% az) minik avtomobili gətirib.
Ölkədəki avtomobillərin 50%-i köhnədri və hökumət onların utilləşdirilməsi təcrübəsini öyrənir. Azərbaycan 2010-cu ildən avro-2 standartına keçib. Bu il aprelin 1-dən ölkəyəə gətirilən avtomobillərə avro-4 tələbi qoyulacaq.
Gömrük Komitəsində Turana- deyiblər ki, 2013-cü ildə başqa növ avtonəqliyyat vasitələri gətirilməsi azalıb. 2012-ci ildə 1038 mikroavtobus və avtobus gətirilib. 2013-cü ildə bu göstərici 827 ədəd olub. Yük avtomobillərinin (7823, mənfi 17,1%) və xüsusi nəqliyyat vasitələrinin idxalı (856 ədəd, mənfi 24,4%) da azalıb.
Dövlətstatkoma görə, 2013-cü ilin dekabrında minik avtomobillərinin qiyməti 0,2% düşüb. Bu, yanacağın bahalanması və ekoloji tələblərin artırılması ilə bağlıdır. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz