Azərbaycanda bankomatların mobil geolokasiyası servisi istifadəyə verilib.
Microsoft Azerbaijan Azərbaycanda “Windows Phone” əsasında işləyən qurğular üçün bankomatların mobil geolokasiyası servisi istifadəyə verilib.
Məlumatda deyilir ki, “Baku ATM” mobil əlavəni “Windows Phone” istifadəçiləri üçün “Safaroff Creative Agency” tərəfindən hazırlanıb və təqdim olunub.
Bu servis onlayn rejimində mobil telefon və ya smartfon vasitəsilə ən yaxın bankomatı aşkar etmək, həmçinin, ölkənin konkret regionunda bankomatlar haqqında məlumat almaq imkanını yaradır. Sözügedən mobil əlavə ölkənin bankomat şəbəkəsini əhatə edir ki, buraya “Windows Phone” istifadəçiləri üçün 1 mindən çox bankomat haqqında məlumat daxildir. Mobil əlavəni “Windows Phone” marketində (“Marketplace”) pulsuz yükləyib, quraşdırmaq mümkündür. Windows Phone (Marketplace) http://www.windowsphone.com/az-latn-az/store/app/baku-atm/19220394-aa8f-4be1-af59-a6d46106039e. --17D—
-
- Cəmiyyət
- 1 İyul 2014 12:33
-
- İqtisadiyyat
- 1 İyul 2014 12:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz