Azərbaycanda çörəyin qiyməti müəyyən edilib (YENİLƏNİB)
2016 Yanvar 14 (Cümə axşamı) 22:12:36
Azərbaycan hakimiyyəti 2015-ci ilin dekabrında manatın təkrar devalvasiyasının nəticəsində çörəyin qiymətinin artmasının qarşısının alınması üçün addımlar atır.
Məlum olduğu kimi, dekabrın 21-də manatın 47% devalvasiyasından sonra çörəyin və unun qiyməti 20-30% artıb.
Prezident İlham Əliyevin 15 yanvar tarixli fərmanı ilə buğda idxalı, un istehsalı, un və çörək satışı ƏDV-dən azad edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi taxıl, un və çörəyin müəyyən edilmiş qiymətini dərc edib. Belə ki, 50 kq. un kisəsi 22,5 manat, 500 qr. çörək 0,30 manat, 700 qr. çörək 0,40 manatdan çox ola bilməz.
Məhsulları yuxarıda müəyyən edilmiş qiymətdən baha satan sahibkarları cinayət cəzası gözləyir.
http://www.contact.az/docs/2015/Economics&Finance/122500141572az.htm#.Vpf3dPmLTIU
-
- Cəmiyyət
- 14 Yanvar 2016 18:08
-
- İqtisadiyyat
- 15 Yanvar 2016 11:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz