Azərbaycanda «güzgü» prinsipi ilə iki holdinq yaradılıb
Vergilər Nazirliyi simmetrik oxşar iki holdinq şirkətini qeydiyyata alıb. Onlarda olan iri kapitallı 12 şirkətin rəhbəri eyni adamdır və onlar eyni ünvanda yerləşir.
Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinin məlumatına görə, “Blossom Group” MMC və “Platek Group” MMC-yə Ruslan Əhədov rəhbərlik edir, onlar Bakı, S.Rüstəm, 9 ünvanında yerləşir. Maraqlıdır ki, bu biznes mərkəzdə “AtaHolding” ASC-nin bir sıra şirkətləri yerləşir. Məlumatlı mənbə Turan-a bildirib ki, «yeni şirkətlər buraya bağlıdır». Şirkətlərin hər birinin ödənilmiş nizamnamə fondu 10 000 manatdır. «Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında» qanuna əsasən, 2012-ci ilin iyunundan şirkətlərin təsisçiləri və pay iştirakı barədə məlumat məxfi sayılır.
“Blossom Group” MMC və “Platek Group” MMC-dən başqa, “Blossom Property”, “Blossom Pack”, “Blossom Mart”, “Blossom House”, “Blossom Capital” və s. şirkətlər yaradılıb. Naməlum qalmaq istəyən mənbə Turan-a bildirib ki, 2013-cü ilin IV rübündə qeydiyyata alınan şirkətlər barədə məlumat indi verilib.
Ötən ilin noyabrında “Azerbaijan Global İnvestments” investisiya şirkəti yaradılmışdı (ödənilmiş nizamnamə fondu 100 000 manat). Turan-ın mənbəyi qeyd edib ki, adı çəkilən iki qrupu bu şirkət idarə edəcək. 08B
-
- İqtisadiyyat
- 9 Yanvar 2014 16:10
-
- Cəmiyyət
- 9 Yanvar 2014 17:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz