Səhm bazarında ötən il 11,6% azalma olub
2013-cü ildə Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 8475,86 mln manat təşkil edib. Bu, ötən ilkindən 5,9% çoxdur.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin 83,6%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Birja satışlarının həcminin azalması 12,4% azalan dövlət kağızları bazarının hesabına olub. Notların ilkin bazarında əqd dövriyyəsi 2,9 dəfə, repo əməliyyatların həcmi 3,6% azalıb.
Korporativ qiymətli kağızlar bazarında 52,8% artım olub. İstiqrazların ilkin yerləşdirilməsi həcmi hesabat dövründə 2,5 dəfə, onlarla təkrar əməliyyat həcmi 2,3 dəfə artıb. İlkin səhm bazarında 13,3% azalma, təkrar bazarda 34,6% artım olub. İlkin bazarda əqd sayı 548-dən 349-ya düşüb, təkrar bazarda 3413-dən 3505-ə artıb. İl ərzində səhm bazarında 11,6% azalma olub. --15D--
-
- İqtisadiyyat
- 9 Yanvar 2014 15:42
-
- İqtisadiyyat
- 9 Yanvar 2014 16:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz