Azərbaycanda ilk dəfə yerli buğdanın Dövlət Taxıl Fonduna kütləvi satışı
“Qarabağ-Taxil” MMC Ağcabədi və Beyləqanda iri dövlət taxılçılıq təsərrüfatlarında taxıl yığımına başlayıb. Təsərrüfatlar sahələrdə 55-60 sentner məhsul yığacaq, onu Dövlət Taxıl Fonduna təhvil verəcək, deyə İqtisadi İnkişaf Nazirliyində Turan-a bildiriblər.
“Dəvəçi Broyler”in törəməsi olan “Qarabağ-Taxil” dövlətin dəstəyi ilə nümunəvi kənd təsərrüfatı müəssisəsi yaradıb. Dövlət investiyası ilə 4800 ha sahədə melirasiya işləri görülüb, 10,7 km uzunluğunda beton kanal, 10,7 km uzunluğunda 2 dövriyyəli yüksək gərginlikli elektrik xətti çəkilib. İnvestisiyalar 27,6 mln manat təşkil edib.
Layihəni idarə edən İİN SKMF-dən bu müəssisə üçün 10 mln manat güzəştli kredit ayırıb. Təsərrüfatda aqroservis yaradılıb və 30 min tonluq taxıl anbarı tikilib. Bununla yanaşı, ərazidə ABŞ istehsalı olan süni yağışyağdırma üsulu ilə müasir suvarma sistemləri (pivot) quraşdırılıb.
Bu il 1875 ha-dan ərzaq buğdası, 2000 ha-dan qarğıdalı, günəbaxan və s yığılacaq. Payızda 4800 ha sahədə buğda səpiləcək. 08D
-
- Söz istəyirəm
- 8 İyul 2013 17:46
-
- Siyasət
- 8 İyul 2013 18:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz