Azərbaycanda ipoteka kreditləşməsinin dinamikası azalır
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2012-ci ilin avqustunda ümumi məbləği 3,24 mln manat olan ipoteka kreditləri veriblər. İyulda bu göstərici 4,43 mln manat olub.
AİF-in məlumatına əsasən, hesabat dövründə Fond 8,75 mln manat krediti təkrar maliyyələşdirib. İlin əvvəlindən ümumi təkrar maliyyələşmə məbləği 65,53 mln manat təşkil edib.
2006-cı ilin əvvəlindən Fondun xətti ilə 387,95 mln manat ipoteka krediti verilib. 8 ayda müvəkkil banklar 42,51 mln manat ipoteka krediti veriblər. Bu, ötən ilin eyni dövründən 30,7% azdır. Bundan 41%-i 18-29 yaşında, 31%-i 30-35, qalan 28%-i 36 yaşdan yuxarı olanlar alıb.
Dövlət təkcə sosial ipotekaya yardım edir. Bunun üçün hər il 20 mln büdcə vəsaiti ayrılır. Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir.
2009-2012-ci illərdə Fond 55 mln və 75 mln, 60 mln və 20 mln manat olan 4 emissiya yerləşdirib. Ötən ilin dekabrında Fondun 30 mln sənədsiz, təminatlı, adlı istiqrazları qeydiyyata alınıb. Fond bu emissiyanının 20 mln manatını yerləşdirib.
İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 35 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. --15В--
-
- Siyasət
- 4 Sentyabr 2012 19:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz