Azərbaycanda İsveçrənin iştirakı artır
Sentyabrda vaqonqayırma zavodunun təməli qoyulacaq. Nəqliyyat naziri Ziya Məmmədov dünən jurnalistlərə bildirib ki, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə birgə müəssisə Gəncədə tikiləcək.
"İndi hazırlıq işləri gedir. Zavodun inşasının 18 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Müəssisə istər ölkə daxilində, istərsə də beynəlxalq daşımalarda istifadə olunmaq üçün ildə 50 vaqon istehsal edəcək", - deyə nazir bildirib. Zavodda eyni zamanda, metro vaqonları da hazırlanacaq. Məmmədovun sözlərinə görə, məhsu beynəlxalq standartlara uyğun olacaq.
Bu, nazirliyin Stadler Rail Group şirkəti ilə ilk əməkdaşlığı deyil. Bu il iyunun 11-də Bakı-Tbilisi-Qars dəmir yolu üçün 30 vaqon alınması barədə müqavilə bağlanıb. Məhsulun ilk partiyası 2015-ci ilin yanvarında gətiriləcək. --17D—
-
- Mədəniyyət
- 14 Avqust 2014 15:22
-
- Cəmiyyət
- 14 Avqust 2014 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz