Azərbaycanda mehmanxanaların yüklənməsi az olsa da, gəlirləri artır
2013-cü ildə mehmanxana biznesinə investisiyalar artıb. Bu, onların maliyyə göstəricilərinə də təsir edib.
Dövlətstatkoma görə, il ərzində mehmanxana müəssisəslərinin sayı 514-dən 530-a artıb. 16 yeni mehmanxananın bir dəfəlik tutumu 1177 yerdir. 1 yanvar 2014-cü il üçün mehmanxanalarda 16 559 nəmrə var və onlar 34 min nəfər qəbul edə bilir. Bunun 31%-i Bakının payına düşür.
DSK-nın məlumatına əsasən, il ərzində mehmanxanalar 666,3 min nəfər yerləşdirib. Bu, 2012-ci ildəkindən 6,6% çoxdur. Onların 59,3%-i əcnəbilərdir. Əsas göstərici olan adam-gecələmə sayı daha zəif inkişaf edib –2%. 2012-ci ildə gecələmə 1 640 min, ötən il 1 674 min olub. Bunun da 65,4%-i Bakının payına düşür.
İl ərzində mehmanxanaların yüklülüyü 13,5% olub. Yəni, mehmanxanaların gündəlik adam qəbul etmə imkanından az istfadə olunub və mehmanxana nömrələri əsasən boş olub.
2013-cü ildə mehmanxanaların gəlirləri 171,3 mln. manat olub. Artım 11,2%-dir. Gəlirlər nömrə satışı (64,7%) və yeməkdəndir (23,4%). Mehmanxanaların xərcləri 145,5 mln. manat olub (+31,4%). Xərclərin üçdə biri (30,5%) əmək haqqına gedib. Ötən il mehmanxanalarda işləyənlərin sayı 938 nəfər artaraq 8259-a çatıb. Mehmanxana işçiləri orta hesabla 448 manat maaş alır. --08D—
-
- Siyasət
- 17 Aprel 2014 20:20
-
- İqtisadiyyat
- 18 Aprel 2014 10:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz