Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir
İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sankt-Peterburqda Azərbaycan və Rusiyanın Sankt-Peterburq hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq komissiyasının ilk iclasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən çox sənəd imzalanıb.
“Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5 faiz artmaqla 2 milyard dollar təşkil edib. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir”,- Sahib Məmmədov qeyd edib. -03D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz