- İqtisadiyyat
- 12 Oktyabr 2012, 14:00
- 113
Azərbaycanda sənaye istehsalı 3,5% azalıb
2012-ci ilin üç rübündə Azərbaycanda sənaye istehsalının həcmi 25,8 milyard manat təşkil edib. Bu 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 3,5% azdır. Sənaye istehsalının azalma tendensiyası neft sektorunda istehsalatın 5,6% azalması ilə əlaqədardır. Bu barədə Turan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Rəsmi məlumata görə, cari ilin hesabat dövründə qeyri-neft sektorunda 7,7 faiz artım qeydə alınıb. Qeyri-neft sənayesinin xüsusi çəkisi (4,7 mln. manat) 2012-ci ilin yanvar-sentyabr aylarında 18,2% təşkil edib.
2011-ci ilin analoji dövrü ilə müqayisədə hasilat sənayesində istehsalatın tempi 5,7% azalıb. Emal sənayesində istehsal atrımı 7,9% təşkil edib. Bu sahənin payına yanvar-sentyabr aylarında sənaye məhsulunun 18,3%-i düşüb.
DSK-nın məlumatına görə, ilin əvvəlindən ölkədə qızıl istehsalının həcmi 110 kq., gümüş 447 kq. təşkil edib.
-
- İqtisadiyyat
- 12 Oktyabr 2012 14:00
-
- Siyasət
- 12 Oktyabr 2012 15:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz