Azərbaycanda yüksək oktanlı benzindən istifadə edilmir
Azərbaycanda avtomobilçilər yüksək oktanlı benzindən praktik olaraq istifadə etmirlər. Hətta 34%-lik devalvasiya (idxal edilən Aİ-95 və Aİ-98-in qiyməti dəyişməyib – red.) bu prosesə təsir etməyib.
SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki,
6-7 ay öncə ölkəyə gətirilən Aİ-95 markalı benzin hələ tam satılmayıb.
“Ölkədə bu markalı benzinə tələbat kəskin azalıb. Özümüz istehsal edəndə Aİ-95 markalı benzinin illik satışı 150 min ton təşkil edirdi. İndi əhali daha ucuz olan Aİ-92 benzinindən istifadə edilir. Nətcədə Aİ-95 markalı benzinin illik satışı 25 min tona azalıb”, - deyə SOCAR rəhbəri bildirib.
Rövnəq Abdullayevin fikrincə, neftin ucuzlaşması ölkədə Ai-95 və Aİ-98-in qiymətnə təsir edə bilər. Onun sözlərinə görə, qiyməti bazar diktə edir. “Burda rəqabət var. Amma neftin barreli $120-a qalxanda bu benzinlər də bahalanacaq”, - deyə oq eyd edib.
Azərbaycana “Premium Euro -95” və “Super Euro-98” markalı benzininidxalı 1 aprel 2014-cü ildən başlanılıb. SOCAR bu vaxtdan Aİ-95 istehsalından tam imtina edib. O vaxtdan Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti dəyişib. Sonuncu dəyişiklik 2014-cü ilin oktyabrında olub. Batumidən Ai-95 və Aİ-98 markalı benzinin idxalı ilə iki şirkət məşğul olur: SOCAR və Azpetrol.
* Azərbaycanın daxili bazarında 1,4 mln ton avtobenzindən istifadə edilir.–12D--
-
- Siyasət
- 16 Sentyabr 2015 18:14
-
- İqtisadiyyat
- 16 Sentyabr 2015 18:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz