Azərbaycanın bank sisteminin riskləri depozitlərin yarısının xarici valyuta ilə olması ilə bağlıdır
Azərbaycan, Ukrayna, Qazaxıstan və Nigeriya bank sisteminin risklərinin yüksək olduğu ölkələr siyahısına düşüb.
«Standard & Poor`s» reytinq agentliyi bildirir ki, Azərbaycanın bank sisteminin riskləri depozitlərin yarısının xarici valyuta ilə olması ilə bağlıdır.
«Ciddi risklər şirkətlərinin aktivləri və öhdəlikləri müxtəlif valyutalarla olan ölkələrin maliyyə-kredit strukturları tərəfindən törədilib», - deyə agentlik bildirir.
Hesabat müəllifləri qeyd edir ki, xarici valyuta ilə borcların qiymətinin artanda bu, bankların mənfəətliliyinə təsir edir.
Azərbaycan Avropa, Yaxın Şərq, Afrika regionuna aid edilir. «Avropa, Yaxın Şərq, Afrika regionu ölkələrində valyutaların qiymətdən düşməsi bank risklərinin necə artırır» adlı hesabatda qeyd edilir ki, «region banklarının riskləri xarici valyuta ilə fondlanmadan çox asılılıqla və depozitlərin çoxunun xarici valyuta ilə olması ilə bağlıdır. Məsələn, Azərbaycanın bank sistemində depozitlərin yarısı xarici valyuta ilədir». --17D—
-
- İqtisadiyyat
- 4 Oktyabr 2015 01:58
-
- Analitika
- 4 Oktyabr 2015 16:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz