Azərbaycanın qiymətli kağızlar bazarı yeni şəraitə adaptasiya olunmalıdır
Bu gün aktual olan sabah aktuallığını itirə bilər. Ona görə Azərbaycanın qiymətli kağızlar bazarı yeni şəraitə adaptasiya olunmalıdır, deyə bu gün “Qiymətli kağızlar bazarı haqqında” qanunun təqdimatı zamanı Dünya Bankının qiymətli kağızlar bazarı üzrə baş məsləhətçisi Ariadi Kutsuma bildirib.
Onun sözlərinə görə, yeni normativlərin qüvvəyə minməsi kapital bazarının inkişafı, investorların maraqlarının qorunması və təhlükəsizliyin təmin edilməsi üçün möhkəm təməl yaradacaq. Amma əsas məsələ düzgün implementasiyadır. Bunun üçün bazarın yaxşı düşünülmüş inkişaf strategiyasına ehtiyac var.
«Kapital bazarının tənzimlənməsi zamanı investorların tələbatı nəzərə alınmalıdır. Böyük, kiçik və orta şirkətlərin hara cəlb ediləcəyi öyrənilməli, səhm və istiqraz emissiyasının kimə daha çox lazım olduğu müəyyən edilməlidir», - deyə DB təmsilçisi qeyd edib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz