Azərbaycanın strateji valyuta ehtiyatları 11% artıb
Azərbaycanın strateji valyuta ehtiyatları 2012-ci ili 9 ayında 11% artaraq $45 mlrd-ı keçib. Bu isə 3 ildə mal və xidmət idxalı üçün yetərlidir.
AMB-nin pul siyasəti üzrə 3 rübün yekununa dair məlumatına əsasən, yanvar-sentyabrda Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 10% artaraq $11,5 mlrd olub. Bu, bir il mal və xidmət idxalı üçün yetərlidir.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır. --15D--
-
- İqtisadiyyat
- 7 Noyabr 2012 11:38
-
- Cəmiyyət
- 7 Noyabr 2012 12:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz