- İqtisadiyyat
- 19 Oktyabr 2012, 12:00
- 106
Azərbaycanın xarici ticarət dövriyyəsi azalır
Bu ilin doqquz ayında Azərbaycan dünyanın 149 ölkəsi ilə $24,5 mlrd məbləğində ticarət əlaqəsinə malik olub. Bu, 2011-ci ilin eyni dövründəkindən 7,67% azdır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-sentyabrda Azərbaycan $17 791 mln məbləğində mal ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 9,9% azdır. İdxal mallarının ümumi bəyannamə qiyməti $6 674 mln və ya 2011-ci ilin eyni dövründəkindən 1,2% az olub.
Ölkənin xarici ticarət balansının müsbət saldosu $11 mlrd təşkil edib.
İxrac portfelində neft-qaz sektorunun xüsusi çəkisi 93,5% ($16,6 mlrd) olub.
İdxal-ixracda dövlət sektorunun payı özəl sektordan artıqdır. İxracda dövlət sektorunun xüsusi çəkisi 94,6%, idxalda 20,4%-dir. 08D
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz