«Azərenerji» ASC-nin kredit reytinqi sual altında
«Azərenerji» ASC-nin uzunmüddətli kredit reytinqi mənfi proqnozla «BBB-» səviyyəsində təsdiq edilib. Standard & Poor`s reytinq agentliyi bildirir ki, «Azərenerji» Credit Watch mənfi siyahısında müşahidə altına alınıb.
Bu qərara səbəb 21 dekabr devalvasiyası ilə bağlı manatın üzən məzənnəyə keçməsidir. Buna görə “Azərenerji" ASC-nin borclarının 81%-i valyuta risklərinə məruz qalır. Vəziyyəti yalnız dövlətin dəstəyi xilas edə bilər.
Hökumət hələlik sosial problem yaratmaq istəmədiyi üçün elektrik enerjisi tariflərini artırmır. O, inhisarçının borclarının bir hissəsinin ödənilməsini öz üzərinə götürə bilər.
«Azərenerji» ASC-nin illik əsaslı xərcləri 100-120 mln manatdır. Bütün bunlar 3 ay sonra reytinqə yenidən baxılanda onun azaldılacağı ehtimalını yaradır. Əgər hakimiyyət ASC-yə dəstək verməsə, reytinqi düşəcək. -- 17D—
-
- İqtisadiyyat
- 13 Yanvar 2016 14:46
-
- Cəmiyyət
- 13 Yanvar 2016 15:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz