"Azəri-Çıraq-Günəşli"dən neft gəlirləri azalıb
2016-cı ilin I rübündə "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində Dövlət Neft Fonduna $1 mlrd 137 mln daxil olub.
2015-ci ilin eyni dövründə Fondun AÇG-dən gəlirləri $2 mlrd 195 mln təşkil edib. Beləliklə, I rübdə AÇG layihəsindən Fondun mənfəət nefti gəlirləri $1 mlrd 58 mln və ya 48,2% azalıb.
Fondun Turan-a daxil olan məlumatına görə, martda AÇG layihəsindən Fonda $347 mln, yanvarda $442 mln, fevralda $348 mln daxil olub.
2001-ci ildən 1 aprel 2016-cı ilədək "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində Dövlət Neft Fonduna $118 mlrd 146 mln daxil olub.
Azərbaycanın "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində gəlirləri niyə azalır? Turan agentliyinə görə, əvvəla, dünya bazarlarında neft I rübdə ötən ilin eyni dövründəkindən 35% ucuzdur. İkincisi, kontrakt meydançasında hasilat həcmi azalmağa başlayıb və iki illik sabitlikdən sonra bu il xeyli azalacaq.
* "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə saziş 1994-cü ildə bağlanılıb. İlk neft 1997-ci ildə çıxarılıb. Azərbaycan ilk mənfəət nefti partiyasını 1999-cu ilin dekabrında əldə edib. O vaxt da ARDNF yaradılıb. Fondun gəlirlərində AÇG-dən mədaxil 93%-dir.
1 yanvar 2016-cı il üçün ARDNF-nin aktivləri $33,57 mlrd olub. –12B--
-
- Analitika
- 11 Aprel 2016 11:16
-
- İqtisadiyyat
- 11 Aprel 2016 11:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz