I rübdə neft hasilatı 1,6% azalıb - nazir
2016-cı ilin I rübündə respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bunu prezident İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika naziri Natiq Əliyev deyib.
Qeyd edək ki, Dövlətstatkoma görə, 2015-ci ilin I rübündə Azərbaycanda 10 mln 669 min ton neft və kondensat çıxarılıb. Beləliklə, ötən ilin eyni dövrünə nisbətən azalma 1,58% təşkil edib.
“Hasil olunan neftin 82 faizi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının payına düşür (hər ikisində operator ВР şirkətidir – Turan)”.
Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib, - deyə nazir bildirib.–12В--
-
- İqtisadiyyat
- 11 Aprel 2016 11:17
-
- İqtisadiyyat
- 11 Aprel 2016 11:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz