Yanvar-martda Azərbaycan qaz hasilatını 2,4% artırıb - nazir
2016-cı ilin I rübündə r respublikada 7,5 milyard kubmetr qaz hasil edilib. Bunu prezident İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika naziri Natiq Əliyev deyib.
Nazir əlavə edib ki, bu, müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur”.
Qeyd edək ki, Dövlətstatkoma görə, 2015-ci ilin I rübündə Azərbaycanda 7 mlrd 323,6 mln kubmert qaz çıxarılıb. Beləliklə, ötən ilin eyni dövrünə nisbətən artım 2,4% təşkil edib.
Hökumətin proqnozuna görə, bu il Azərbaycanda qaz hasilatının həcmi 29 mlrd kubmetr olacaq. Əmtəəlik qaz həcmi isə 19 mlrd kubmetri keçəcək. –12В--
-
- İqtisadiyyat
- 11 Aprel 2016 11:19
-
- İqtisadiyyat
- 11 Aprel 2016 11:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz