Azpetrol istehlakçıların "başını piyləyir"
Azpetrol Neft Şirkəti bəyan edib ki, o, Premium
markalı benzinin bir litrinin qiymətini 2 qəpik aşağı salıb. Eyni zamanda, yol vergisinin ödəniş qaydaları dəyişdiyindən onu 2 qəpik artırıb.
Beləliklə, Azpetrolun 82 ynacaqdoldurma stansiyasında Premium markalı beniznin litri 95 qəpiyə satılacaq.
Qeyd edək ki, Azpetrol istehlakçılara xarici istehsal olan Premium satır. Dünya bazarında neft məhsulları ucuzlaşır. Ona görə istehlakçılar heç olmasa Premium (Aİ 95) markalı neftin ucuzlaşmasını gözləyir.
Azpetrol şirkətinin mətbuat xidmətində Turan-a bildiriblər ki, hazırda istehlakçılara 5-6 ay əvvəl alınmış benzin satılır. Ehtiyatlar qurtarandan sonra bu marka benzinin qiymətinə baxıla bilər. Şirkətdə Premium markalı benzinin nə qədər alındığını, nə qədər qaldığını və növbəti satınalmanın nə vaxt olacağını deməkdən imtina ediblər. 08B
-
- İqtisadiyyat
- 14 Yanvar 2015 13:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz