- İqtisadiyyat
- 14 Yanvar 2015, 13:11
- 154
Prezident İlham Əliyevin göstərişi ilə Tarif Şurası benzinin qiymət artımını ləğv etdi
Prezident İlham Əliyevin tapşırığı ilə yanvarın 14-də Tarif Şurasının növbədənkənar iclası olub. İclas zamanı neft məhsullarının qiymətlərinə yenidən baxılıb və yeni qərar qəbul edilib. Bu barədə bu qurumun məlumatında deyilir.
Əsasən Tarif Şurasıın “Ölkə daxilində neft məhsullarının tarifinin tənzimlənməsi haqqında” 2015-ci il 12 yanvar tarixli qərarı ləğv edilib.
Avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə 2 qəpik həcmində yol vergisi bundan sonra şirkətin hesabına tutulacaq. Beləliklə, Aİ-92 benzinin bir litrinə görə pərakəndə qiyməti yenidən 70 qəpik, dizel yanacağının qiyməti isə 60 qəpik olacaq. Tarif Şurasının saytında dərc edilən bu qərar yanvarın 15-dən qüvvəyə minəcək.
Belə çıxır ki, dövlət başçısı Tarif Şurasının niyyətindən xəbərdar deyilmiş və ya hakimiyyət qəbul olunan qərarın mənfi, müsbət tərəflərini nəzərə almayıb. Həm bu, həm də digər variant dövlət idarəçilyində ciddi problemlərin olmasından xəbər verir.-16D-
-
- İqtisadiyyat
- 14 Yanvar 2015 13:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz