Azpetrol "Premium Euro-95" benzinini bahalandırıb
Avqustun 6-dan Azpetrol şirkəti "Premium Euro-95" markalı avtomobil benzinini bahalandırıb. İndi bu benzin Tarif Şurasının nəzərdə tutduğu kimi 93 qəpik yox, 97 qəpikdir.
Azpetrol-un mətbuat xidmətinin məlumatına görə, " Azpetrol YDM-də "Premium Euro-95" markalı benzinin bahalanması dünya bazarlarındakı bahalanma ilə bağlıdır".
Turan müxbirinin sualına cavab olaraq Lukoil-Azerbaijan təmsilçiləri də "Premium Euro-95" markalı avtomobil benzinin 97 qəpiyə bahalandığını bildiriblər. ARDNŞ-də isə bildiriblər ki, şirkət YDM sahiblərinə benzinin qiymətinin dəyişməsi barədə tövsiyə verməyiblər. Bu, onların səlahiyyətinə daxil deyil. "SOCAR Petroleum" birgə şirkəti, eləcə də Azərbaycana başqa benzin idxalçıları qiymət artımı barədə sərəncam almayıb.
Xatırladaq ki, Nazirlər Kabineti əvvəllər yüksək ekoloji standartlı benzini gömrük rüsumu və aksiz vergisindən azad edib. Bu isə "Premium Евро-95" və "Super Евро-98" benzinlərini ucuz qiymətə idxal etməyə şərait yaradıb. 3 dekabr 2013-cü ildən 95 oktan ədədli benzin 80 qəpikdən 93 qəpiyə bahalanıb. 98 oktan ədədli benzinin qiyməti isə 1,5 manatdan 1,03 manata endirilib.
Yüksək oktan ədədli benzindən yolsuzluq avtomobilləri və mühərrikinin həcmi böyük olan digər minik avtomobillərində istifadə edilir. --17D—
-
- Siyasət
- 6 Avqust 2014 14:55
-
- İqtisadiyyat
- 6 Avqust 2014 16:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz