- İqtisadiyyat
- 18 Oktyabr 2012, 16:00
- 90
Bakı buxtasının üzərindən körpü tikilməsi ideyası fiaskoya uğrayıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nəqliyyat Nazirliyinin Bakı buxtasının üzərindən 17 km-lik körpü tikilməsi ideyasını çıxdaş edib. Onun əvəzinə buxtanın altından daha funsional tunel qazılacaq. Bu barədə MDB ölkələri tikinti üzrə hökumətlərarası şurasının 34-cü iclasında DŞAK sədri Abbas Ələsgərov bildirib.
O qeyd edib ki, deyilən körpü Bakının panoramını korlayardı.
Qeyd edək ki, bu ilin iyununda Nəqliyyat Nazirliyi layihə üzrə işin başa çatdığını bildirib. O, təxminən $1,8 mlrd-a başa gəlməli idi.
Koreya mütəxəssislərinin hazırladığı layihə baxılmaq və təsdiq üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim edilib. Qeyd edək ki, pullu körpünü Bayıldan Zığa kimi uzatmaq nəzərdə tutulurdu.
Nəqliyyat Nazirliyində DŞAK rəhbərinin bəyanatını şərh etməyiblər. 08B
-
- Cəmiyyət
- 18 Oktyabr 2012 16:00
-
- Mədəniyyət
- 18 Oktyabr 2012 17:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz