Bakı İH ətraf mühitə etinasız yanaşır, ekoloq düşünür
5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi günüdür. Bununla bağlı «Ekoloji Proqnoz Mərkəzi»nin sədri Telman Zeynalov mətbuat konfransı keçirib və Bakı ŞİH-i ətraf mühitə etinasız münasibətə görə qınayıb.
Onun sözlərinə görə, Bakının yaşıllaşdırılmasında onun iqlim və torpağı üçün xarakterik olmayan ağaclardan istifadə edilir və onlar quruyur. Məsələn, bir neçə il əvvəl evkalipt ağacları basdırılmışdı. Onlar qurudu, dövlətin pulunu havaya sovuranlar isə cəzasız qaldı. Bundan başqa, bir çox idxal edilən ağaclar insan üçün təhlükəli keçici xəstəliklər gətirir.
Zeynalov deyib ki, Bakı ŞİH məişət tullantılarının idarə edilməsinə səhlənkar yanaşır. «Küçə və səkilərdə zibil qabları qoyulub. Vətəndaşlar zibili müvafiq qutuya atır. Amma İH-nin kommunal xidməti onları bir yerə yığıb Balaxanı zibilliyinə göndərir. Belə olan halda onların çeşidlənməsinin nə mənası?», deyə o soruşur.
Hər yer plastik butulkalarla doludur. Ekoloq hesab edir ki, Coca Cola, Pepsi və başqa şirkətlər istifadə edilmiş taraları qəbul məntəqələri yaratmalı, utilizasiya və təkrar emalla məşğul olmalıdır. Zeynalov deyib ki, şəhər drenaj və kanalizasiya infrastrukturu yağışa hazır deyil. Hər dəfə leysan yağanda şəhər təsərrüfatı üçün fəlakət yaşanır. 08С
-
- Siyasət
- 4 İyun 2013 16:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz