Bakı-London reysi British Airways-in qış marşrutları şəbəkəsinə daxil olacaq
British Airways (ВА) 28 oktyabrdan etibarən BMI aviaşirkətinin Əmman, Almatı, Beyrut və Fritaun şəhərlərinə keçmiş reysləri üzrə qış cədvəlini elan edəcək. 13 oktyabrdan British Airways marşrutlarına Tbilisiyə birbaşa reys də daxil ediləcək.
Şirkətdən verilən məlumata görə, 2012-13-cü illərin qışında Bakı-London reysi BA şəbəkəsinə daxil olacaq. O, Bakıda keçmiş bmi marşrutu ilə, həftədə 7 dəfə A321 aerobusu ilə olacaq. Uçuşa British Airways ekipajı xidmət edəcək.
Hitrou hava limanından Seul, Alikante, Lids Bredford, Rotterdam və Zaqreb şəhərlərinə, Qetvikdən isə Las-Veqas və Barselona şəhərlərinə hava yolu açılacaq.
BA regional direktoru bildirib ki, sərnişinlər 23 kq baqajı pulsuz apara bilərlər. Həmçinin onlayn qeydiyyat, uçuşa 24 saat qalmış yerini müəyyən etmək imkanı olacaq.
bmi təyyarələrinin British Airways üslubuna keçidi 2013-cü ilə kimi davam edəcək. А321-in «World Traveller» salonu, müasir audio, video texnika, kresloda televizor, çarpayılı «Club World»u olacaq.
bmi-dən British Airways-ə keçidlə bağlı uçuş cədvəli və aviaxətlərin iş terminalı dəyişəcək. Geniş məlumatı burada əldə etmək olar: ba.com/managemybooking.
Ətraflı məlumat üçün: Red Communications PR and BTL Agency
201 Murtuza Muxtarov, Karat Plaza. Tel.: (+99412) 436 85 09, (+99412) 436 90 67
Email: info@redcom.az --17D—
-
- İqtisadiyyat
- 21 İyul 2012 12:31
-
- İqtisadiyyat
- 21 İyul 2012 12:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz