Bakı Metropoliteni qapıları açmağa tələsmir
Artıq 17 aydır Bakı Metropoliteninin «28 May» stansiyasının əsas giriş-çıxışı təmirə bağlanıb. Metronun qapısının açılması üçün vizual olaraq səbəb yoxdur. Amma Metropoliten rəhbərliyi yaxın vaxtlarda giriş qapısını açmaq fikrində deyil.
«Stansiyada kiçik texniki işlər qalıb. Bu işlər başa çatanda qapılar açılacaq», deyə 1 ay əvvəl “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nizami Paşayev bildirmişdi. Amma bu “xırda işlər” bitmir.
“20 May” Bakı Metropoliteninin iki xəttini birləşdirən stansiyadır. Aşağı vestibül də daxil stansiyanın modernləşdirilməsinə 11 iyun 2012-ci ildə eskalatorların yenidən qurulmasından başlanılıb. 2013-cü ilin yanvarında yeni bina tikintisi ilə bağlı giriş-çıxış bağlanılıb. Çıxış 2013-cü il sentyabrın 16-da açılıb.
Sərnişinlər “20 May” stansiyasına girmək üçün “Cəfər Cabbarlı” stansiyasının girişindən, eləcə də «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) istifadə edirlər. Bir çoxları hesab edirdi ki, “20 May” stansiyasının girişi Respublika günü – 28 mayda açılacaq. İndi girişin 15 sentyabrda açılacağı gözlənilir. 08B
-
- Cəmiyyət
- 16 Avqust 2014 15:05
-
- İqtisadiyyat
- 16 Avqust 2014 15:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz