Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neft nəqlini azaldır.
ARDNŞ-nin məlumatına görə, yanvar-avqustda Novorossiysk limanından 1 mln 164 min 695 ton Azərbaycan nefti yüklənib. Ötən ilin eyni dövrü ilə müqayisədə şimal marşrutu ilə Azərbaycan neftinin ixracı 8,6% azalıb.
2013-cü ilin avqustunda Novorossiysk limanından 169 min 706 ton Azərbaycan nefti yüklənib.
5 may 2013-cü ildə RF baş naziri Dmitri Medvedev 18 yanvar 1996-cı il tarixli "Azərbaycan neftinin RF ərazisi ilə nəqli haqqında" hökumətlərarası sazişin 1 yanvar 2014-cü ildən dayandırılmasına qərar verib. Sənədə əsasən, Azərbaycan neftinin nəqlinin davamı üçün ARDNŞ və "Transneft" 1 yanvar 2014-cü ilə kimi yeni kommersiya şərtləri razılaşdırmalıdır. Hazırda Azərbaycan neftinin RF ərazisi ilə nəql tarifi 1 ton üçün $15,67-dır. Rusiya tərəfi tarifi 2 dəfə artırmaq istəyir.
Bu ilin avqustunda RF prezidenti Putinin Bakıya səfəri zamanı energetika üzrə əməkdaşlıq da müzakirə edilib. Azərbaycan tərəfi təklif edib ki, Bakı-Novorossiysk kəməri əks istiqamətdə işləsin. Bu məqsədlə ARDNŞ və "Rosneft" arasında ilkin razılıq olub. Bakı istiqamətində 5 mln ton Rusiya nefti nəql etmək planlaşdırılır. Bunun bir hissəsi Bakı NEZ-lərində emal ediləcək, bir hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql ediləcək. Sonuncu əməliyyat svop-sazişlə olacaq. Yəni "Rosneft" Rusiya-Azərbaycan sərhədində onu ARDNŞ-yə verib Avropada alacaq.
Hazırda şirkətlərin ekspertləri kommersiya detallarını öyrənir.
* 2012-ci ildə ARDNŞ Bakı-Novorossiysk kəməri ilə 2 mln 64 ton neft nəql edib. --12В--
Rəy yaz