Bakı- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni sahəsinin tikintisi üzrə torpaq işlərinin 60%-i görülüb
“Azərinşaatservis” MMC indiyəcən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni sahəsinin tikintisi üzrə torpaq işlərinin 60%-i görüb. Yerin altı ilə 200 kommunikasiya xətti çəkilib. Bu barədə “Azəryolservis” ASC-nin rəsmi saytı www.azeryol.az məlumat verir.
SC-nin mətbuat katibi Pünhan Mürsəliyev Turan-a deyib ki, avtomagistralın 132-ci km-dən işlər gedir və bu, faktik Quba şəhərindən keçən yola alternativ yeni avtoyoldur.
Asfalt örtüklü yol 1b (4 zolaq, eni 28 m) kateqoriyalı olacaq. Yeni yolda 7 müxtəlif səviyyəli yol ötürücüsü, 10 körpü və s. olacaq.
“Azəryolservis” ASC təmsilçisi avtomagistralın istismara veriləcəyi vaxtı və qiymətini deməkdə çətinlik çəkib.
Qeyd edək ki, 208 km uzunluğunda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması 2006-ci ildən aparılır. Bakı– Gəndob (Şabran rayonu) yolunda işlər bitib.
“Azərinşaatservis” MMC bu avtomagistralda 3 müxtəlif (6-16 km, 89-109 və 121-125,5 km sahələrinin yenidən qurulması layihələri) layihə həyata keçirib. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz