Bakı sərgi mövsümü aprelin 2-də açılır
2015-ci ildə Iteca Caspian şirkəti 19 ixtisaslaşdırılmış sərgi və 2 konfransın təşkilini planlaşdırır. Sərgi mövsümünü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2015”), Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus 2015”), habelə Kater və Yaxtalar (“CİBS 2015”) sərgiləri açır.
Bundan sonra TransCaspian və Road&Traffic (12-14 may) nəqliyyat sərgisi keçiriləcək.
«Kəd təsərrüfatı ili»ndə Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan 2015”) sərgisinə və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2015”) sərgisinə marağın artması müşahidə olunurOnlar 21-23 mayda keçiriləcək. Bu sərgilərdə 250-dən artıq şirkətin iştirakı planlaşdırılır.
Həmçinin ənənəvi neft-qaz, səhiyyə, təhsil, ekologiya, telekommunikasiya vəs . sərgiləri olacaq.
Bu il sərgi ziyarətçiləri üçün ən böyük yenilik “ziyarətçi plastik kartı” olacaq. Bu kartın sahibləri qeydiyyatdan keçmədən (turniket quraşdırılmış ayrıca girişdən keçməklə) sərgi salonuna sərbəst daxil ola biləcəklər. 2014-cü ildə ziyarətçilərin 30%-dən çoxu “Fast Track” xidmətinə üstünlük verib. Tezliklə “Android” və “iOS” platformalı mobil telefonlara müvafiq proqramları yükləməklə, elektron qaydada qeydiyyatdan keçmək mümkün olacaq. 08D
-
- Söz istəyirəm
- 2 Mart 2015 11:21
-
- Cəmiyyət
- 2 Mart 2015 12:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz