Bakıda kapital bazarlarının tənzimlənməsi haqqında konfrans keçiriləcək
6 sentyabr 2013-cü il tarixində Four Seasons otelində “Yeni erada kapital bazarlarının tənzimlənməsi: Tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunub.
QKDK ictimai əlaqələr sektorunda Turan-a bildiriblər ki, konfransa 15 ölkədən 100-dən çox nümayəndə dəvətlidir. Diskussiyaların əsas mövzusu inkişaf etməkdə olan ölkələrdə kapital bazarlarında dövlət tənzimlənməsi və kapital bazarlarının pesəkar istirakçılarının tənzimləyici mühitdə dəyisikliklərə uyğunlaşması tendensiyalarının müzakirəsidir.
Konfrans Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) və Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycanda fond bazarı institutlarının formalaşması 2000-ci ildən fond birjasının yaradılması ilə başlanılıb. Amma 10-dan çox broker, depozitar, və kapital bazarının başqa institutları olsa da, qiymətli kağızlar hələ investisiya aləti olmayıb. Bakı Fond Birjasında listinq, kotirovka və korporativ qiymətli kağızların indeksi yoxdur. Hətta investisiya fondları da yaradılmayıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz