- İqtisadiyyat
- 3 Noyabr 2014, 9:46
- 175
Bakıda yeni neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) üzrə II Forum keçiriləcək
5-6 noyabr ayında 2014-cü ilin Bakı şəhərində Flame Towers kompleksində yerləşən Fairmont otelində "2-ci SOCAR OGPC Forum"u keçiriləcək.
ARDNŞ-də Turan-a bildiriblər ki, bu Forumun keçirilməsinində əsas məqsəd vahid bir platforma üzərində potensial maraqlı tərəflər (mühəndislik, "EPC" podratçıları, lisenziarlar, avadanlıq və material istehsalçıları, xidmət təchizatçıları və s.) arasında yaxın əlaqələr və əməkdaşlıq yaradaraq layihə ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir.
Forumun işində Emerson, Linde, Technip, Tecnicas Reunidas, Tekfen, Air Liquide, Air Products, Honeywell, Endress+Hauser, RLG International, Fluor, ABB, Nobel Oil, Bechtel, GAMA, Metso, Mammoet, OMNI, Schneider Electric, Siemens, SOCAR Foster Wheeler, Clifford Chance, PWC, MARSH, Alstom Grid, Akkord, Societe Generale, Dupont, EDL Anlagenbau Gesellschaft, ENKA, Total, Saipem, Ineos Technologies, Intertek Global, Intra Trading, ITOCHU Corporation, KOBE STEEL, Marubeni Corporation Japan, Mitsubishi Corporation, Petrofac International, Metag, Renaissance Heavy Industries, SK Engineering & Construction, Stamicarbon BV, TECNIMON, Yamata, YOKOGAWA ELECTRIC kimi şirkətlər iştirak edir.
Qeyd edək ki, OGPC çərçivəsində 2015-ci ildən layihənin həyata keçirilməsinə başlanılacaq.–12В--
-
- Cəmiyyət
- 3 Noyabr 2014 09:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz