Tezliklə ВР TANAP layihəsinə daxil olmaq üzrə hüquqi əqdi başa çatdıracaq
BP şirkətinin Transanadolu qaz kəməri layihəsinə (TANAP) daxil olmasının hüquqi sənədləşməsi ilin sonuna kimi çəkəcək, deyə BP şirkətndəki mənbə Turan-a bildirib.
Onun sözlərinə görə, hazırda BP və ARDNŞ ekspertləri məsləhətləşmələr aparır. “Ən başlıcası, BP-nin bu layihədə “necə oyunçu” olması barədə razılıq var, qalanı texniki məsələdir”, - deyə agentliyin müsahibi bildirib.
Qeyd edək ki, hazırda ARDNŞ TANAP layihəsində 70%, BOTAS 30% paya malikdir.
Razılığa əsasən ВР layihəyə 12%-lə (ARDNŞ-nin payı 58%-ə düşəcək) daxil olacaq.
ARDNŞ bu il kəmərin tikintisi üçün material və avadanlıq alınması üçün tender elan edib. Həmçinin tikinti dövründə idarə edən şirkəti müəyyən edib. İlin sonuna kimi kəməri çəkəcək şirkətlər məlum olacaq. 2015-ci il martın sonu – aprelin əvvəlində TANAP-ın təməli qoyulacaq. Kəmərin tikintisi 2018-ci ilin əvvəlində başa çatacaq. –12В--
-
- Cəmiyyət
- 3 Noyabr 2014 09:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz