Bank BTB-nin baş ofisi köçüb
Bank BTB Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov 27 ünvanında yerləşən yeni baş ofisinə köçüb.
Bankdan verilən məlumata görə, yeni bina bütün tələblərə uyğun şəkildə modern üslubda inşa edilib. Ofisin birinci mərtəbəsində yerləşən Əməliyyat İdarəsi müştərilərə çevik və rahat xidmətin göstərilməsi məqsədilə geniş və müasir bankçılıq texnologiyalarını özündə birləşdirən xidmət sahəsi ilə təchiz olunub. Baş Ofis fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlərlərin verilməsi, depozitlərin qəbulu, plastik kartlar ilə əməliyyatlar və müxtəlif istiqamətdə pul köçürmələri xidmətlərini göstərməkdədir.
Baş ofis həftənin şənbə və bazar günləri istisna olmaqla, saat 08:30-dan 17:30-dək müştərilərin xidmətindədir.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür. --17D—
-
- Sual-cavab
- 8 May 2015 16:01
-
- İqtisadiyyat
- 8 May 2015 16:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz