Bank of Azerbaycan kart biznesinin inkişafı üçün 50 ticarət təmsilçisi yığır
"Bank of Azerbaycan" plastik kart biznesinin inkişafı üçün 50 ticarət təmsilçisi vakansiyası elan edir.
Bankdan verilən məlumata görə, ticarət təmsilçilərinin vəzifələri müştərilərlə görüşlərin keçirilməsi, taksit kartları haqqında prezentasiyaların təqdim edilməsi, taksit kartları sifarişlərinin götürülməsi, bankın digər məhsulllarının müştərilərə satılması, cəlb olunmuş müştərilərlə birbaşa əlaqələndirici rolunun icrası, satış planlarının icrasıdır. Aylıq maaş Məvacib: 400 - 500 manatdır.
CV-lər 14 dekabr 2012-ci ilə qədər cv@bank.az email ünvanında qəbul edilir. Daha ətraflı məlumatı facebook səhifəsində (facebook.com/bankofazerbaijan) əldə etmək olar.
"Bank of Azerbaycan" 1993-cü ildən fəaliyyət göstərir. Visa İnternational beynəlxalq ödəniş sisteminin üzvüdür və VISA Electron, Classic, Gold və Platinum kartları buraxır. Hazırda bankın respublika üzrə 17 filialı, 3 şöbəsi və 32 bankomatı fəaliyyət göstərir. --15B—
-
- Cəmiyyət
- 13 Noyabr 2012 16:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz