Bank sektorunun məcmu kapitalı fevralda 1,8% artıb
Fevralda Azərbaycan banklarının məcmu aktivləri 302,9 mln manat və ya 1,7% artaraq 17854,5 mln manat olub. İlin əvvəlindən bank aktivləri 1,2%, illik müddətdə 3518,8 mln manat və ya 25%.
artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 mart üçün kredit qoyuluşu 12126,1 mln manat olub. Hesabat ayında o, 1,6% azalıb. Son ildə iqtisadiyyatın kreditləşməsi 22% artıb.
Banklarda əhalinin əmanətləri fevralda 66,1 mln manat və ya 1,3% artaraq 5236 mln manat olub. Bu göstərici ilin əvvəlindən 2,4%, son 12 ayda 20,9% artıb.
Bankların ümumi kapitalı hesabat ayında 47,1 mln manat və ya 1,8% artaraq 2646,9 mln manat olub. İl ərzində bu göstərici 560,1 mln manat və ya 26,8% artıb. --15B--
-
- Siyasət
- 6 May 2013 12:55
-
- İqtisadiyyat
- 6 May 2013 13:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz