Bank Technique bağlanması haqqında məlumatları təkzib edir
“Bank Technique” bəyanat yayaraq, bağlanması və hesablarında olan vəsaitlərin itirilməsi haqqında KİV-də yayılan məlumatları təkzib edib.
“Bu cür şaiyələr bank rəhbərliyinin və müştərilərinin narahatlığına səbəb olur. Müəyyən çətinliklər var və bütün resurslar onların həllinə yönəlib: xərclər optimallaşdırılır, restrukturizasiya aparılır və digər tədbirlər həyata keçirilir”, deyə bankın məlumatında bildirilir.
Son üç ildə bankın ümumi kapitalı xeyl artıb, bu dövr ərzində 310 mln. manat gecikmiş kreditin 157 mln. manatı qaytarılıb, deyə məlumatda qeyd edilir.
“Bankdakı hesablarda olan vəsaitlərin itirilməsi təhlükəsi yoxdur. Bu, bütün müştərilərimizə də aiddir”, deyə məlumatda bildirilir.
* Bank Technique ASC 1994-cü ildə “Texnika bank” adı ilə yaradılıb və ölkənin aparıcı bankları onluğuna daxildir.
Son günlər KİV-də bankın iflas etdiyi, əməkdaşların işdən çıxarıldığı və müştərilərin hesablarındakı pulu götürmək imkanı olmadığı haqqında bir çox məqalə yayılıb. -02D-
-
- Sual-cavab
- 6 Avqust 2015 18:57
-
- Siyasət
- 7 Avqust 2015 00:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz