Bank Technique depozitlər üzrə faizin bir hissəsini avans kimi verəcək
“Bank Technique”, faizləri öncədən ödənilən, “SMART” depozitini təqdim edir. Depozitə yerləşdiriləcək minimum məbləğ 100 AZN və ya ABŞ dollarıdır. “Smart” depoziti üzrə vəsaitlər 12, 24, 48 və ya 60 ay müddətinə yerləşdirilə bilər.
Yeni depozitin cəlbedici xüsusiyyəti, yatırılan vəsait üzrə hesablanacaq faizlərinin bir qisminin öncədən ödənilməsidir. Belə ki, “Smart” depozitinə yatırılan pullar üzrə hesablanacaq faizlərin, depozit müddətindən asılı olaraq, 30-50% aralığında hissəsi Müştəriyə vəsaiti banka yerləşdirdiyi gün, qalıq hissəsi isə depozit müddətinin sonunda ödənilir. Bu isə, əna əsası, Müştəriyə əvvəlcədən əldə etdiyi faizlərin şəxsi məqsədlər üçün istifadə etmək və ya yenidən əmanətə yönəltmək imkanını yaradaraq, onun Bankda yerləşdirdiyi əmanət məbləğini və faiz gəlirlərinin artırmasına yol açır.
Həmçinin, bu depozit növünə yatırılan vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Qeyd edək ki, depozit istənilən vaxt Bankdan götürülə bilər və hətta bu halda da, depozit üzrə faizlər hesablanır. “Smart” depoziti həm Bankın xidmət şəbəkəsi, həm də məsafəli şəkildə “Şəxsi Kabinet” xidməti vasitəsilə yerləşdirilə bilər. Bu növ depozitə vəsaitlərini yerləşdirən Müştərilərə “Bank Technique”in plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur. Hazırda bankın 32 filial və 6 şöbəsi var. –15D--
-
- İqtisadiyyat
- 17 Sentyabr 2013 16:24
-
- İqtisadiyyat
- 17 Sentyabr 2013 16:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz