Bank Technique törəmə strukturları ləğv edir
"Bank Technique" ASC (keçmiş Texnikabank) səhmdarları bir sıra törəmə strukturları ləğv edib.
Bankdan verilən məlumata görə, növbədənkənar ümumi yığıncağın qərarı ilə "Texkart" ASC və "Texnikalizinq" MMC ləğv olunub.
"Texnika Leasing" 2004-cü ildən fəaliyyət göstərir. Şirkətin əməliyyat portfelinin əsas hissəsini (90%) yük texnikası lizinqi təşkil edir. Ötən ilin sonu üçün şirkətin aktivləri 14,389 mln manat, lizinq portfeli 3,2 mln manat, ödənilmiş nizamnamə kapitalı 6 mln manat olub.
2010-cu ilin fevralından Texnikabank-ın kartlarına özünün "Texkart" prosessinq mərkəzi xidmət edirdi. Bankın menecmenti dəyişəndən sonra ilin I yarısında onun emissiya etdiyi plastik kartlar "AzeriCard" prosessinq mərkəzində xidmətə keçirilib.–15B—
-
- İqtisadiyyat
- 4 Oktyabr 2012 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz