Salyanda Kür deltasının təmizlənməsi zamanı zəngin tikinti qumu yatağı tapılıb
Kür çayının Salyan şəhərindən keçən hissəsində lilsovurma işləri görülür.
Bu haqda Turana "Demokratiyaya Yardım" İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Hazırda akvatoriyada bir lilsovuran və 4 köməkçi gəmi suyun dibindəki lili soraraq borular vasitəsi ilə sahilə bitişik ərazidə süni yaradılmış böyük sututarlara ötürür.
Yatağın dərinləşdirilməsinə başlanmazdan əvvəl aparılmış kosmik çəkilişlər nəticəsində çayın yatağında suyun normal axınına mane olan 59 nəhəng təpəcik aşkarlanıb. Onlar çayda suyun səviyyəsini qaldırır (birləşmiş qablar prinsipi ilə). Nəticədə rayon mərkəzi hissəsi qrunt suları altında qalır. Residiv olmasın deyə FHN-in qərarı ilə Salyan şəhəri boyunca 2014-cü ilə kimi 8 km yataqda təmizləmə işləri aparılması qərara alınıb.
İşlər başlayana kimi ekspertlər hesab edirdilər ki, lil qatından dulusculuq sənayesində istifadə etmək olar. İndi məlum olub ki lilin suyu axıdıldıqdan sonra yerdə qalan kütlə xalis tikinti qumudur. Hələlik min tonlarla materialın taleyi sual altındadır.
-
- İqtisadiyyat
- 4 Oktyabr 2012 15:46
-
- İqtisadiyyat
- 4 Oktyabr 2012 16:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz