Bir ayda ARDNF-nin xaricdə daşınmaz əmlak icarəsi i $1 mln-u keçib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Rusiya və Britaniyada investisiya əmlakından gəlirləri 857 min manat ($1,1 mln) olub. Onlar ilin sonunda alındığı üçün bu, aylıq gəlirdir. ARDNF-nin illik hesabatında (http://www.oilfund.az/uploads/annual_2012az.pdf) bildirilir ki, "Qaleraya Aktyor" mərkəzinin icarəyə verilməsindən 234 min manat, Londonda ofisin icarəyə verilməsindən gəlirləri 623 min manat olub. Hər iki obyekt lizinqə verilib.
Məlumata görə (http://www.oilfund.az/uploads/Presentation-az_2013_07.pdf), investisiya portfeli dünyaya yayılıb. Avropa 56,2%, inkişaf etməkdə olan ölkələr 15,2%, Şimali Afrika 14,4% paya malikdir. 7,2% beynəlxalq maliyyə institutları, 6,4% Asiya və Okeaniya, 0,7% Yaxın Şərqin payına düşüb.
Qısamüddətli qiymətli kağızlar 54%, 1-3 illik 33,3%, ortamüddətli QK 2,8% uzunmüddətlilər 1,8%-dir. Səhm, qızıl və daşınmaz əmlakın xüsusi çəkisi 8,1%-dir.
Fond Asiya və Avstraliyaya xüsusi diqqət ayırır. Çin, Cənubi Koreya və Avstraliya daşınmaz əmlak obyektlərinə maraq göstərir. $1 mlrd məbləğində alış üçün qərar ilin II yarısında qəbul edilməlidir.
Ötən il Fond 177,35 mln funta Londonda (London's West End) ofis kompleksi və Parisadə 135 mln avroya daşınmaz əmlak kompleksi alıb.
Moskvada Qaleraya Aktyor" ticarət-ofis mərkəzi $133 mln-a alınıb. İllik icarə gəliri $9,5 mln nəzərdə tutulub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz