Birja əqdlərinin dövriyyəsi azalıb
Bu ilin yanvar-mayında Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2 mlrd 497 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 47,5% azdır.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin 88%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Birja əqdlərinin azalmasına qismən (1822 əməliyyat) korporativ sektorda əqdlər mane olub. Onlar 3,1 dəfə artaraq 291 mln 29,22 min manat olub. Dövlət kağızları bazarında (262 əməliyyat) 52,75% azalma olub.
İlkin bazarda istiqraz həcmi 28 mln 538,24 min manat (ötən ilin bu dövründə yerləşdirilməyib), təkrar bazarda 8 mln 433,88 min manat (6,3 dəfə artım) olub.
AMB-nin qısamüddətli notları 164 mln 947,43 min manat (- 67,93%), təkrar bazarda 43 mln 955,61 min manat (5,3 dəfə artım), repo əməliyyatlar 1 mlrd 960 mln 852,78 min manat (52,7% azalma) təşkil edib.
Korporativ qiymətli kağızların yerləşdirilməsi ilkin bazarda 57 mln 167,84 min manat (2,2 dəfə artım), təkrar bazarda 75 mln 199,06 min manat (2,1 dəfə artım) olub.
Cəmi 154 mln 70,59 min manatlıq səhm (5,2 dəfə artım), təkrar bazarda 4 mln 591,73 min manat (70,51% artım) yerləşdirilib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz