Bolkart üzrə növbəti aksiya
“Bank of Baku” Bilik Günü ilə əlaqədar Bolkart sahibləri üçün əlverişli bayram kampaniyası elan edir. 6-15 sentyabr tarixlərində Bolkart şəbəkəsinin 1 aylıq ödəniş qəbul edən mağazalarında birdəfəyə cəmi 201 manat və daha böyük məbləğdə alış-veriş etmiş kart sahibləri ödənişlərini 3 ay sonra edə bilərlər.
Beləliklə, Bolkart sahibləri alış-veriş anından etibarən 3 ay sonra, yəni dekabr ayında, əlavə xərcsiz ödəmələrini həyata keçirmək imkanı qazanır.
Kampaniya yalnız 10 gün, 6-15 sentyabr tarixlərində qüvvədədir. Bolkart şəbəkəsinin 1 aylıq ödənişli mağaza və ticarət mərkəzləri siyahısına tanınmış dəftərxana dükanları, supermarketlər, restoran, aptek, gözəllik salonları və digər ictimai obyektlər daxildir. İndi bu məkanlarda alış-veriş edib, məhsul və xidmətin dəyərini 3 ay sonra ödəmək olar.
Hazırda 140.000-dən çox Azərbaycan vətəndaşı Bolkart-dan gündəlik istifadə edir. Kredit kartı ilə alış-veriş etmək, vaxtaşırı nağd pul çıxarmaq və digər üstünlüklərdən bəhrələnmək olar. Bolkart vasitəsilə ölkəmizin istənilən mağazasında, həmçinin dünyanın istənilən ölkəsində və internetdə alış-veriş etmək mümkündür.—15D--
-
- İqtisadiyyat
- 9 Sentyabr 2013 15:34
-
- Cəmiyyət
- 9 Sentyabr 2013 16:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz